Riyazət nədir?


Digərləri 08 Dek 2018 07:31:00 405 0

Riyazət nədir?

Riyazət əsasən, təsəvvüfdə işlənən bir anlayışdır. Kamilləşmək üçün öz nəfsini əziyyətə salmaq, məhrumiyyətə düçar etmək mənasını verir. Sufilər müxtəlif formalarda riyazətə əməl edirdilər. Bəziləri az yeyib ac qalır, bəziləri ağır fiziki işlərdə çalışır, bəziləri bədəni incidən qaba parçadan paltar geyinirdilər. Çilləyə oturmaq adlanan ayin məhz riyazətə xidmət edirdi. Sufilər inanırdılar ki, riyazət vasitəsilə öz nəfslərini ram edə bilirlər və bu zaman həqiqətlər onlara açılır. Riyazətin şəriətə zidd olmayan, sağlamlığa zərər yetirməyən növləri halaldır və həqiqətən, halal riyazətlə kamillik istiqamətində irəliləmək olar.