Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi-bədii layihəsinə start verilib (FOTO)


Digərləri 08 Dek 2018 06:18:41 252 0

Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi-bədii layihəsinə start verilib (FOTO)

Dekabrın 5-də Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” televiziya kanalı birgə həyata keçirdiyi “Söz” ədəbi-bədii layihəsinin ilk tədbiri dahi şair Molla Pənah Vaqifin poeziyasına həsr olunmuşdu.

Bakı. Dekabrın 5-də Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” televiziya kanalı birgə həyata keçirdiyi “Söz” ədəbi-bədii layihəsinin ilk tədbiri dahi şair Molla Pənah Vaqifin poeziyasına həsr olunmuşdu. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Şairin klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Dərin və incə duyğular şairi olan Vaqifin şəninə hazırlanan gecə öz tərtibatı və təqdimatı ilə fərqlənirdi. Qonaqları musiqi və şerin sehri ilə Muğam Mərkəzinin foyesində salamlayan Vaqif (aktyor Tural Əhməd) onları öz dünyasına dəvət edir. Beləcə tamaşaçılar şairin izi ilə onun öz şeriyyatı və düşüncələrinin arxasınca yollanırlar. Tam fərqli formatda hazırlanan bu tədbir elə ilk dəqiqələrdən böyük bir şeir və musiqi zövqü vəd edir. Beləliklə söz və musiqinin vəhdətində Vaqif yaradıcılığının ən gözəl nümunələri təqdim edilir. Aktyor Tural Əhmədin Vaqif obrazında şairin “Yenə dağ başında” şeirini oxuduqdan sonra səhnəyə Muğam Müsabiqəsinin qalibi Almaxanım Əhmədli çıxır. O, şairin “Gəlməmişəm” qəzəlini ifa edir.