Günün qoroskopu: səhvlərdən nəticə çıxarın


Digərləri 08 Dek 2018 00:01:00 327 0

Günün qoroskopu: səhvlərdən nəticə çıxarın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - heç də asan olmayan gündür. Adi günlərdən fərqli olaraq, problemlər daha intensiv yaranır. Çətinlikləri təkbaşına həll etməli olacaqsınız. İndiyədək sizi dəstəkləyən və gələcəkdə yardım edəcəklərini vəd edən insanlarla dil tapmaq çətinləşib. Qərarların verilməsində tələsməyin. Yeni planlar fkirləşənədək əvvəlki niyyətlərinizdən əl çəkməyin.

Günün ikinci yarısında maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İtki riski çoxdur. Şəxsi münasibətlərdə mürəkkəb situasiya yaranır. Səbrli olun.

Buğa - diqqətli olun. Çətinliklər və xoşagəlməz anlar istisna deyil. Ən gözlənilməz anlarda və məqamlarda çətinliklər peyda ola bilər. Məqsədə çoz yaxınlaşdığınızı sansanız da, rahatlaşmayın.

Günün ikinci yarısında iş, pul və əmlakla bağlı məsələlərdə diqqətli olun. Kiçik detallara fikir verin. Şəxsi münasibətlərdə ümumi situasiyanı dəyərləndirməyi unutmayın. Müsbət dəyişikliklərin əsasını qoyun.

Təşəbbüskar olun.

Əkizlər - gün heç də uğurlu başlamayacaq. Fəqət, mürəkkəb və qarışıq dövr çox çəkməyəcək. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Situasiya yaxşılığa doğru dəyişəcək.

Planları reallaşdırmaq üçün istənilən imkandan istifadə edir.

Günün ikinci yarısında ailə üzvlərinin istəklərini nəzərə alın. Alış-veriş etmək olar.

Xərçəng - çoxsaylı, kiçik problemlər yaranacaq. Əhvalınız pozulacaq. Bütün diqqəti fəaliyyətə yönəltmək və başlanmış işləri bitirmək asan deyil. Əvvəlki günlərdən fərqli olaraq səhvlərin sayı artacaq. Xırda anlaşılmazlıqlar, fikir ayrılıqları çox ciddi mübahisəyə səbəb ola bilər.

Münasibətləri qorumağa çalışın.

Günün ikinci yarısında ailə üzvlərindən biri çətinliklə qarşılaşacaq. Ağıllı məsləhəti qulaqardına vurmayın.

Şir - anlaşılmaz hadisələrin sayı artır. Olayları dəyərləndirmək asan olmadığından təşvişə qapılacaqsınız. Maneələr sizi sinirləndirəcək. Özünüə və ətrafınızdakı insanlara sinirlənməyin.

Mühüm məsələnin nəzərdən keçirilməsi, təhlili üçün əlverişli gün deyil. Qərarınızdan asılı olmayaraq, işi başa vurmaq asan deyil.

Hadisələrin inkişaf məcrasına müdaxilə etməyin.

Qız - ünsiyyət və işgüzar müzakirələr üçün münasib zamandır. Çoxları ilə dil tapa biləcəksiniz. Nüfuzlu insanlardan birindən dəstək alacaqsınız. Sonradan bəhrələnə biləcəyiniz tanışlıqlar istisna deyil.

Günün ikinci yarısında bilik və bacarıqlarınızın sayəsində gəlirlərinizi artıra bilərsiniz. Axşam saatlarında gəzintiyə yollanın.