Təyyarədə bunu etmək olmaz Alimlərdən XƏBƏRDARLIQ


Digərləri 07 Dek 2018 23:30:00 251 0

Təyyarədə bunu etmək olmaz  Alimlərdən XƏBƏRDARLIQ

Nyu-Yorkun Hanter kollecinin professoru Çarlz Platkin bildirib ki, təyyarədə çay və qəhvə içmək insan orqanizmi üçün təhlükəlidir.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, alim bu barədə "New York Post" nəşrinə müsahibə verib.

Avia laynerlərin göyərtəsində verilən içkilərin tərkibində insan orqanizmi üçün təhlükəli bakteriyalar ola bilər. Çünki su üçün nəzərdə tutulmuş sisternlər lazımi səviyyədə təmizlənilmir. Təyyarələr hava limanına endikdən sonra sisternləri heç kəs təmizləmir. Çünki buna vaxt qalmır. Sadəcə sisternləri su ilə yenidən doldururlar. Suyun dibində olan çöküntülər yenə də sisternlərdə qalır", - deyə alim bildirib.