Azərbaycanlı alim Mendeleyev cədvəlini modernləşdirdi AÇIQLAMA


Digərləri 07 Dek 2018 22:53:00 545 0

Azərbaycanlı alim Mendeleyev cədvəlini modernləşdirdi  AÇIQLAMA

Bakıda fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin kimya müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Firudin Quliyev Mendeleyev cədvəlinin yeni tərtibatını hazırlayıb.

Son.az bildirir ki, bu barədə "ölkə.az"a açıqlamasında Firudin Quliyev özü məlumat verib. 

O, deyib ki, bu yenilik Kimya dərslərində şagirdlərin kimyəvi elementlər bəhsini və atomun quruluşu bəhsini öyrənməkdə əyani vəsait olmaqla yanaşı həmçinin Kimya ilə maraqlanan geniş oxucu kütləsinin köməyinə çatacaq. 

Onun sözlərinə görə, cədvəl respublika kimyaçıları tərəfindən rəğbətlə qarşılanıb, respublika məktəblərindən çoxlu sayda müsbət rəylər yazılıb:

"Eyni zamanda Bakı Dövlət Universiteti və AMEA-dan ayrı-ayrı şəxslərdən rəylər yazılaraq orta məktəbdə istifadə edilməsi üçün Təhsil Nazirliyinə tövsiyə edilib. Bu həmçinin Kurikulum jurnalının (2014 N:1) səhifələrində də  işıqlandırılıb. Hazırda sözügedən cədvəl Bakı Dövlət Universitetinin otaqlarında da asılıb". 


Xəbərə aid foto