Yük və minik maşınları toqquşub, ölən və yaralananlar var


Digərləri 07 Dek 2018 22:33:00 233 0

Yük və minik maşınları toqquşub, ölən və yaralananlar var

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində "Kamaz" və "VAZ-21 07" markalı avtomobillər toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.