Yaponiya parlamenti əcnəbi işçilərin sayının artırılması haqqında qanun layihəsini müzakirə edir


Dünya 07 Dek 2018 22:17:00 269 0

Yaponiya parlamenti əcnəbi işçilərin sayının artırılması haqqında qanun layihəsini müzakirə edir

Parlamentin cari sessiyasının başa çatmaqda olduğu son günlərdə Yaponiyanın müxalif və iqtidar partiyaları arasında ölkəyə gələn əcnəbi işçilərin sayının artırılması haqqında qanun layihəsi geniş müzakirələrə səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hakim koalisiya həmin qanun layihəsini yuxarı palatanın cümə günü keçiriləcək plenar sessiyasında səsverməyə çıxarılanadək müvafiq komitədən keçirməyə çalışır.