Fransada yaşayan vətəndaşlarımıza müraciət edildi


Dünya 07 Dek 2018 20:52:00 203 0

Fransada yaşayan vətəndaşlarımıza müraciət edildi

Azərbaycanın Fransadakı səfirliyi artıq bir neçə həftədir davam edən etiraz aksiyalarının yaratdığı gərgin vəziyyətlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza sosial şəbəkə vasitəsilə müraciət edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müraciətdə Fransanın dövlət orqanlarının məlumatına istinadla bildirilir ki, yanacaq vergisinin artırılmasına qarşı noyabrın 17-də başlayan və ölkənin bütün regionlarını əhatə edən etiraz aksiyaları nəticəsində 3 nəfər həlak olub, 28-i polis olmaqla 528 nəfər yaralanıb. Saxlanılan 282 nümayişçidən 157-sinə qarşı rəsmi ittiham irəli sürülüb.

Verilən məlumatlarda kriminal və radikal qrupların üzvlərinin etiraz aksiyası adı altında kütləvi iğtişaşlar törətdiyi, ictimai və iaşə obyektlərinə, eləcə də nəqliyyat vasitələrinə zərər yetirərək talançılıqla məşğul olduğu bildirilib.