Çay qırağında qəribə obyekt


Digərləri 07 Dek 2018 19:44:00 278 0

Çay qırağında qəribə obyekt

"Google Earth" proqramında "18°04'14.8"S 26°40'35.3"E" koordinatlarında maraqlı görüntülər üzə çıxıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Zambeziya çayı ətrafında çox qəribə obyekt aşkar edilib. Bu, yadplanetli gəmisinə oxşayır və diskşəkilli gəmi zərbə ilə torpağa çırpıldığı üçün yarıya qədər yerə girib. 

Gəmi çayın ortasındakı nazik adada aşkar edilib. Bu səbəbdən də insan əli dəyən obyekt olması ehtimal edilmir.

İnsanların ərazidəki izlərinə xəritədə baxsaq, orada insan yaşamır və insan ayağı dəymir.


Xəbərə aid fotolar