VTB (Azərbaycan) ipoteka kreditinin həcmini artırıb


Digərləri 07 Dek 2018 19:39:12 270 0

VTB (Azərbaycan) ipoteka kreditinin həcmini artırıb

Bank VTB (Azərbaycan) ötən ilin nəticələri ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində İpoteka və kredit-zəmanət fondu xətti ilə verdiyi ipoteka kreditinin həcmini 2 dəfə artırıb.

Bakı. Bank VTB (Azərbaycan) ötən ilin nəticələri ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində İpoteka və kredit-zəmanət fondu xətti ilə verdiyi ipoteka kreditinin həcmini 2 dəfə artırıb. Bank VTB-dən (Azərbaycan) Trend-ə verilən məlumata görə, ipoteka və kredit-zəmanət fondu xətti ilə ipoteka kreditini 150 000 manatadək və 25 il müddətinə təklif edir. Kreditin faiz dərəcəsi 7%, ilkin ödənişi isə – 20% təşkil edir. Əhalinin müəyyən kateqoriyası - dövlət və hərbi qulluqçular, gənc ailələr, elmlər namizədi və ya doktorluq elmi dərəcəsi olanlar üçün dövlət ipoteka proqramının güzəştli ipoteka krediti nəzərdə tutulur. Güzəştli ipoteka üzrə faiz dərəcəsi 4%,maksimal məbləğ 100 000 manat təşkil edir. İlkin ödəniş isə 15%-dir.