İnklüziv təhsillə bağlı tədqiqat nəticələrinə dair hesabatın təqdimatı olub


Digərləri 07 Dek 2018 18:57:00 253 0

İnklüziv təhsillə bağlı tədqiqat nəticələrinə dair hesabatın təqdimatı olub

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində aparılmış tədqiqatın nəticələrinin təqdimatı olub.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Dövlət Pedoqoji Universitetində təşkil olunmuş tədbirdə Bakı şəhəri, Quba, Şəki, Ağcabədi, Şamaxı və Cəlilabad rayonlarında əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb edilməsindəki vəziyyət və mövcud imkanlar barədə məlumat verilib.

Tədqiqatın nəticələri həmin şəhər və rayonlarda fokus qruplarla müzakirə və sorğular keçirilməklə, eləcə də müsahibə yolu ilə əldə olunub. Araşdırma prosesinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti və tələbələri, orta məktəb müəllimləri, psixoloqlar, məktəb rəhbərləri və valideynlər cəlb edilib.

RİİB, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, UNİCEF Azərbaycan, Təhsil İşçilərinin Peşəkar İnstitutunun nümayəndələri, mütəxəssislər və müəllimlərin iştirakı ilə keçən tədbirdə inklüziv təhsil sahəsində çatışmazlıqların aradan qaldırılmasına dair təkliflər toplanıb.


Xəbərə aid fotolar