Gəncə hadisələri ilə bağlı həbs edilən


Digərləri 07 Dek 2018 17:54:00 237 0

Gəncə hadisələri ilə bağlı həbs edilən

Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfər şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin şəxslər Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfovdur.

Onlar Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.