Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır (ÖZƏL)


Digərləri 07 Dek 2018 16:22:00 206 0

Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır (ÖZƏL)

Azərbaycan və İran Yerin tədqiqatı üçün birgə peyk istehsalı barədə razılıq əldə edib

Bakı. Hüseyn Vəliyev - Azərbaycan və İran Yerin tədqiqatı üçün birgə peyk istehsalı barədə razılıq əldə edib. Bunu Trend-ə özəl açıqlamasında İranın rabitə və informasiya naziri Məhəmməd Cavad Azəri Cəhrumi deyib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında peyk rabitəsi sahəsində sıx əməkdaşlıq yaradılıb.