Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin ikinci günündə qaliblər mükafatlandırılıb (FOTO)


Digərləri 07 Dek 2018 16:17:00 274 0

Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin ikinci günündə qaliblər mükafatlandırılıb (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çərçivəsində 2003-2005-ci il təvəllüdlü gimnastların çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çərçivəsində 2003-2005-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, fəxri kürsüdə "Ocaq" idman klubunun gimnastları qərarlaşıb. Birinci yeri Fatimə Əkbərova, ikinci yeri Məryəm Səfərova, üçüncü yeri İlona Zeynalova tutub. Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.