"Petronas" Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı


Digərləri 07 Dek 2018 11:26:00 238 0

"Petronas" Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı

Neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın "Petronas" şirkəti Bakı Ali Neft Məktəbi üçün təqaüd ayırıb.

Son.az xəbər verir ki, təqaüdün ayrılması şirkətin "Petronas Təhsil Sponsorluq Proqramı" çərçivəsində həyata keçirilir.

"Bu günün öyrənənləri, sabahın liderləri" şüarı altında həyata keçirilən proqram "Petronas" şirkəti tərəfindən keçirilən imtahan və xüsusi müsabiqələrdən uğurla keçən tələbələrə Malayziyada təhsil almaq şansı verir.

Proqram çərçivəsində xüsusi seçilmiş tələbələr Malayziyada Petronas Texniki Universitetində təhsil alacaqlar.