Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı, sonra...


Digərləri 07 Dek 2018 10:24:00 232 0

Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı, sonra...

Moskvadan İrkutska uçan "Aeroflot"a məxsus təyyarədə bomba olması barədə naməlum şəxs tərəfindən anonim zəng daxil olub.

Bakı. Moskvadan İrkutska uçan "Aeroflot"a məxsus təyyarədə bomba olması barədə naməlum şəxs tərəfindən anonim zəng daxil olub. Trend-in məlumatına görə, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları xəbər yayıb. Məlumata görə, anonim zəng, təyyarə artıq İrkutska yaxınlaşan zaman daxil olub. Təyyarə elə həmin şəhərdə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə edilib. Avialaynerdə 119 sərnişin və 6 ekipaj üzvünün olduğu bildirilir.