Kuzbasda 2 nəfər donaraq ölüb


Dünya 07 Dek 2018 09:22:00 203 0

Kuzbasda 2 nəfər donaraq ölüb

Rusiyanın Kemerovo vilayətində ötən sutka kəskin şaxtalar səbəbindən 2 nəfər ölüb, daha 20 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə vilayət regional səhiyyə departamentindən bildirilib. Məlumata görə, xəstəxanaya müraciət edənlərin 17 nəfəri donvurma diaqnozu ilə qeydə alınıb.

Bildirilir ki, ötən gecə Kuzbasda 40 dərəcə şaxta olub.