Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu məhv edib


Digərləri 07 Dek 2018 04:27:00 334 0

Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Sinat-Haftanin, Metina və Hakurk regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib

Bakı. Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Sinat-Haftanin, Metina və Hakurk regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 8 PKK terrorçusu məhv edilib.