Akademik Milli Dram Teatrında “Buratino axmaqlar ölkəsində” tamaşası hazırlanıb (FOTO)


Digərləri 07 Dek 2018 00:19:08 311 0

Akademik Milli Dram Teatrında “Buratino axmaqlar ölkəsində” tamaşası hazırlanıb (FOTO)

Akademik Milli Dram Teatrında “Buratino axmaqlar ölkəsində” tamaşası hazırlanıb

Bakı. Akademik Milli Dram Teatrında “Buratino axmaqlar ölkəsində” tamaşası hazırlanıb. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aleksey Tolstoyun “Qızıl açar və ya Buratinonun macəraları” nağılı əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru, səhnələşdirəni və mahnı mətnlərini yazanı Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənlidir. Səhnə əsərinin bəstəkarı məşhur eston musiqiçisi Olov Exola, bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur. Tamaşada aktyorlar Xədicə Novruzlu (Buratino), Ramin Şıxəliyev (Karlo ata), Rüstəm Rüstəmov (Karabas Barabas), əməkdar artistlər Anar Heybətov (Bazilio), Şəlalə Şahvələdqızı (Alisa), aktyorlar Elsеvər Rəhimov (Pyero), Rəşad Bəxtiyarov və İmran Qurbanov (Arlekino), İlahə Həsənova və Sona Novruzova (Malvina), Şəhla İsmayılova (Tortila), əməkdar artist Mirzə Ağabəyli (Sisək), aktyorlar Vüsal Mustafayev (Artemon), Elçin Əfəndi (Dəvədəlləyi), Cümşüd Zeynalov (Bayquş), Vüsal Məmmədov (Qurbağa), Mehman Fətullayev (Oğlan), Ləman Fərmanlı və Əminə Səfərova (Qurbağalar) çıxış edirlər.