Türkiyənin məşhur televiziya proqramı Azərbaycanın turizm bölgələrinə həsr olunmuş silsilə verilişlərini başa çatdırıb


Digərləri 06 Dek 2018 23:15:25 199 0

Türkiyənin məşhur televiziya proqramı Azərbaycanın turizm bölgələrinə həsr olunmuş silsilə verilişlərini başa çatdırıb

Özlem Tuncanın təqdimatı ilə yayımlanan "Dünyayı geziyorum" verilişinin heyəti Azərbaycanı ziyarət edib.

Bakı. Türkiyənin “Kanal 7” televiziya kanalının məşhur layihələrindən sayılan və tanınmış aparıcı Özlem Tuncanın təqdimatı ilə yayımlanan "Dünyayı geziyorum" verilişinin heyəti Azərbaycanı ziyarət edib. Hər həftənin bazar günü “Türk Hava Yolları”nın sponsorluğu ilə yayımlanan verilişdə nəqliyyatdan tutmuş Azərbaycan mətbəxinə qədər maraqlı görüntülər lentə alınıb, ölkənin turizm imkanları barədə ətraflı məlumat verilib. Verilişin biri Azərbaycanın paytaxtı Bakı şəhərinin görməli yerləri və tarixi məkanlarına həsr olunub. Bakını Qafqazın Dubayı adlandıran aparıcı Bakıda ilk dəfə şəhər turuna çıxdığını bildirib və qeyd edib ki, Bakı – müasir memarlıq üslubu və tarixi məkanları ilə daim turistlərin diqqətini özünə cəlb edən şəhərdir. Məsələn, Bakının müasir simvollarından biri olan “Alov qüllələri”, qədim İçərişəhər haqqında məlumat verən aparıcı İçərişəhərin onda xoş bir təsir bağışladığını vurğulayıb. “Dünyanı geziyorum”un yaradıcı heyəti Bakıda yerləşən türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.