Fransada bu dəfə tələbə gənclər etiraz edir


Dünya 06 Dek 2018 22:27:00 278 0

Fransada bu dəfə tələbə gənclər etiraz edir

Fransa polisi Mant-la-Joli şəhərində təhsil müəssisəsində aksiyalar zamanı 140-dan çox vətəndaşı saxlayıb.

Qeyd olunur ki, həbslər yazıçı Antuan de Sent-Ekszüperi adına təhsil müəssisəsinin qarşısında iki avtomobil yandırıldıqdan sonra başlayıb. Bununla yanaşı etirazçılarla polis arasında qarşıdurmalar baş verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, gənclərin etiraz aksiyaları təkcə mərkəzi regionda deyil, ətraf ərazilərdə də davam edir.

Belə ki, cümə axşamı verilən məlumata görə, tələbə və lisey tələbələri təhsil müəssisələrinə giriş imkanlarını məhdudlaşdırıb və ölkənin bölgələrində polislə qarşıdurmaya çıxıblar.