Ağacın altında qalan məktəbli hazırda


Digərləri 06 Dek 2018 22:28:00 279 0

Ağacın altında qalan məktəbli hazırda

Xəbər verdiyimiz kimi, Sumqayıtda 13 yaşlı Aysun Məcidovanın üzərinə ağac düşüb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, zərəçəkmişin dayısı Mustafa İbişov hadisə və qızın durumu barədə yeni məlumat verib: "Hadisə 9 nömrəli orta məktəbdən bir qədər aralıda baş verib. Uşaq dərsdən çıxıb evə gələndə ağac aşıb, altında qalıb. Ətrafda görənlər onu maşına qoyaraq evə gətiriblər. Daha sonra biz uşağı travmatologiyaya gətirmişik. Uşaq hazırda reanimasiyadadır, sabah əməliyyat olunacaq".

Dayısının sözlərinə görə, uşaqda bir neçə sınıq və çat yaranıb: "Aysunun qıçlarında 5 yerdə sınıq, çanaq hissədə isə 2 yerdə çat var. Diz oynaqlarından da biri qırılıb. Bu səbəbdən ola bilər ki, onun yeriməyində problem yaransın".

"Hazırda da uşağa qan köçürdülər. Artıq lazım olan qan yığılıb" - deyə M.İbişov əlavə edib.