Həqiqi ziyankarlar kimlərdir?


Digərləri 06 Dek 2018 21:45:00 259 0

Həqiqi ziyankarlar kimlərdir?

Xusran əməl o mövzulardandır ki, Qurani-Kərim dəfələrlə ondan söz açmışdır. Bu söz təxminən 65 dəfə Quranda işlənmişdir.

Ziyan, maddi həyatda nisbi olduğu kimi, hər kəs üçün müxtəlif mənalarda işlənir. Belə ki, adi insanlar üçün xusran əməl mal əldən vermək və ya qazandığı malın tələf olması kimi mənalarda işlənir.

Son.az deyerler.org-a istinadən bildirir ki, mənəvi aləmdə də ziyan nisbidir. Belə ki, İlahi övliyalar özlərini məzəmmət edərlər ki, nə üçün şərait olan zaman istədikləri mənfəəti əldə edə bilməyiblər. Ona görə də özlərini ziyankarlardan bilirlər.

Ancaq elə şəxslər də vardır ki, onlar həqiqətən də ziyankarlardır. Nəinki mənfəət əldə etməyiblər, əslində çoxlu ziyan da ediblər.

"(Ya Peyğəmbər,) de: "Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?". Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.

Onlar öz Rəbblərinin (tövhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə, onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq. Belə ki, onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tövhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular". ("Kəhf" 103-106).