Beynimizi qoruyan 9 ELEMENT 1950 yaş arası


Digərləri 06 Dek 2018 21:25:00 238 0

Beynimizi qoruyan 9 ELEMENT  1950 yaş arası

Bir çox insanlar vaxtaşırı olaraq özlərini çox bədbin hiss edirlər, yaxud da səbəbsiz olaraq hər kəsə və hər şeyə qıcıqlanırlar.  Çox vaxt onlar bu halı pis əhval-ruhiyyədə olmaları ilə əlaqələndirirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, təqribən 18 yaşdan yuxarı hər 10-cu şəxs tez-tez əhval pozulmasından əziyyət çəkir. Bu vəziyyətə depressiyanı və maniakal depressiya adlanan biopolyar pozulmanı da aid etmək olar.

Əhval pozulması bir sıra psixi çatışmazlıqlar səbəbindən meydana çıxır: bunlara həyəcan, depressiya, biopolyar pozuqluq, maniakal depressiya aid edilə bilər. İnsanın əhvalına təsir edən xəstəliklər çox mürəkkəbdir və bir sıra amillərdən asılıdır. Bunlara genetika, pəhriz, fiziki alışqanlıqlar, ətraf mühit və şəxsiyyət amili aid edilə  bilər.

Amma bu halın yaşanmaması üçün bir çox üsullar var.  

Belə ki, yaxşı pəhriz orqanizmi orqanlar sisteminin düzgün işləməsini təmin edən lazımi vitaminlər və minerallarla təmin edir. Qidalı maddələrin mütəmadi olaraq orqanizmə daxil olmaması səbəbindən isə ilk əziyyət çəkən beynimiz olur.

İnsan zəkasının düzgün işləməsi üçün çoxlu enerji tələb olunur.

Medicina.az çatışmadığı təqdirdə əhval pozulmasına səbəb olacaq 9 elementin adını açıqlayır:

1. Sink

Sink depressiyanın əlamətlərini aradan qaldırmağa kömək edir. 2013-cü ildə müəyyən edilib ki, depressiyadan əziyyət çəkən insanların qanında adi insanlardan fərqli olaraq sinkin miqdarı 14% azdır. Ağır depressiyadan əziyyət çəkənlərdə isə bu rəqəm daha yüksəkdir.

2. Omeqa-3 amin turşuları

Omeqa-3 insanın immun və endokrin sisteminə, ağciyərlərinə, ürəyə, qan damarlarına beyinə və əhval ruhiyyəyə yaxşı təsir göstərir. Omeqa-3 və yağ turşuları bundan əlavə iltihabəleyhinə təsir göstərir ki, bu da beyin iltihabına bağlı olan bir sıra psixi xəstəliklər zamanı kömək olur. Qadınlar gün ərzində 1,1 qr, kişilər isə  1,6 qr omeqa-3 maddəsi almalıdırlar.

3. D vitamini

Bir çoxlarına məlum olduğu kimi, D vitamini əhvala çox güclü təsir edir. Onun çatışmazlığı insanın depressiyaya düşməsinə səbəb ola bilər.

Bədən D vitaminini günəş şüası vasitəsilə alır. Çatışmayan vitamin D miqdarını isə balıq yağı vasitəsilə təmin etmək olar.