Toya hazırlıq: Instagram, Facebook, həşteq…


Digərləri 06 Dek 2018 21:18:00 358 0

Toya hazırlıq: Instagram, Facebook, həşteq…

İndiki toylar selfi mədəniyyətinin tam bir ifadəsidir. Şirkətlər müştəri həşteqləri verir və sosial mediada xidmət təklif edənlər toy müğənnilərindən də çox qazanırlar.

New Yorkda işləyən 33 yaşlı britaniyalı Jessica Lehmann kinorejissor Jesse Ash-lə nişanlandığı barədə elanı Instagram-a yerləşdirəndə onun artıq xüsusi: #JessTheTwoOfUs həşteqi vardı.

O, bu həşteqdən daha sonra may ayında Londonda qızlar üçün verdiyi qonaqlıqda istifadə etmişdi.

(Britaniyada təzə gəlinin toydan əvvəl rəfiqələrinə verdiyi qonaqlığı Hen party - "toyuq məclisi" adlandırırlar).

O rəfiqələrindən xahiş edib ki, sentyabrda Brooklyn-dəki Prospect Parkda keçiriləcək toy məclisindən fotoları paylaşanda məhz bu həşteqdən istifadə etsinlər.

İxtisasca brend strateqi olan Jessica deyir ki, o bu ideyaya elə belə gəlməyib.

Onun fikrincə "yaxşı toy həşteqi evlənənlər barədə çox şey deyir".

Bu, gülüş doğurur və yaxşı bir xatirə olur.

"Əgər bu həşteqə çox ağıllı bir söz tapsanız, onda, qazanmısınız" - Jessica deyir.

Bütün dünyada 700 milyon insanın Instagram hesabı olduğu və daha 1 milyard adamın gündəlik qaydada Facebook-a baxdığı nəzərə alınarsa, gənclərin sosial medianı özlərinin toy hazırlığı planına daxil etmələri təəccüblü görünməz.

Buna görə də bu meylin üzərində indi yeni bir sənaye təşəkkül tapmağa başlayır.

#JessTheTwoOfUs: Jessica Lehmann və nişanlısı Jesse Ash

Birlikdə brendlənmək

Los Angeles jurnalının redaktorlarından Marielle Wakim 2016-cı ildə "Həşteqlə qoşa qarıyasınız" şirkətini qurub.

Bundan əvvəl dostları ondan orjinal həşteqlər uydurmağı xahiş edirdilər.

Həşteqlər əslində adamların Twitter, Instagram, Facebook və başqa platformalarda istədikləri materialı tapmaq üçün istifadə etdikləri metaməlumat alətidir.

Wakim indi həşteqin birini 40, üçünü 85 dollara satır. Sifarişlərin içində itib-batıb.

Onun həşteq növbəsində adi hallarda 150 müştəri üçün gözləmə siyahısı olur.

Ötən ilin martında 28 yaşlı qrafik dizayn ustası Allie Bertelson SnapchatGeofilters həşteqini Etsy alış-veriş portalına yükləyib.

Geofilter Snapchat görüntülərinin üzərinə yerləşdirilə biləcək çərçivələrdir.

Onları hər bir kəs yarada bilər.

Lakin Bertelson bu işi görmək üçün vaxt və səriştəsi olmayan cütlər üçün filtrlər yaradır.

Geofiltrlər Snapchat şəkilləri üzərinə yerləşdirilən çərçivədir

Təzə evlənənlər qonaqlara toydan çəkilimiş şəkil və videoları bu çərçivələrə yükləməyi xahiş edə bilərlər. Belə filtrin qiyməti 8 funt sterlinqdir (17 manat).

Əgər adamlar artıq elə toyun özündən Instagram-a və ya Facebook-a şəkil və video post edirlərsə, bunlar niyə də divardakı böyük rəqəmsal ekranda görünməsin?

Amsterdamda mənzillənmiş iş adamları Yousef El-Dardiry və Pim Stuurman WeddingHashtagWall adlı şirkəti 2014-cü ildə qurublar.

Müştərilər bu şirkətdən virtual divarı və toydan şəkil və videoların yüklənməsi üçün internet ünvanını 79 dollara (135 manat) ala bilərlər.

Bu, toya gələ bilməyənlərə hadisələri həmin internet ünvanında izləmək imkanı verir.

Bəzi şirkətlər hətta belə rəqəmsal ekranlar üçün foto və video çəkən xüsusi işçilər saxlayır.

New York-da Maid of Social şirkəti 2015-ci ildə toy jurnalı The Knot-un iki keçmiş redaktoru tərəfindən yaradılıb.

Şirkətin satdığı 500 dollarlıq paketə həşteq və şirkətin Instagram hesabına giriş daxildir.

Əlbəttə ki, belə olduqda toy video və şəkilləri daha geniş miqyasda paylaşılır.