Onlar məhrəm bacıqardaş sayılırlarmı?


Digərləri 06 Dek 2018 21:10:00 242 0

Onlar məhrəm bacıqardaş sayılırlarmı?

Arvadını boşamış və oğlu ilə yaşayan kişi əvvəlki izdivacından qızı olan qadınla evlənərsə, bu halda oğlanla qız məhrəm bacı-qardaş sayılırlarmı?

Son.az deyerler.org-a istinadən bildirir ki, İslam dininə görə, məhrəmlik 3 yolla yaranır: qan qohumluğu, evlilik və südvermə yolu ilə. Bu bağlılıqlar birbaşa olduğu halda məhrəmlik əlaqəsindən danışmaq olar. Amma birbaşa əlaqə pozulduqda məhrəmlik də pozulur. Məsələn, kişi əvvəlki izdivacdan olan oğlu ilə birlikdə qaldığı halda ikinci dəfə evlənsə və evləndiyi qadının da əvvəlki ərindən qızı varsa, oğlanla qız məhrəm sayılmayacaqlar. Hətta şəriətimiz onların ailə qurmasına da icazə verir. Çünki nə oğlanın ikinci anaya, nə də qızın ikinci ataya heç bir bağılığı yoxdur.