Roma Papası BƏƏyə gedəcək


Dünya 06 Dek 2018 20:58:00 286 0

Roma Papası BƏƏyə gedəcək

Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərinin dəvəti ilə 2019-cu ilin fevralında ilk dəfə bu ölkəyə səfər edəcək.

Son.az Publika-ya istinadən xəbər verir ki, bu barədə Əbu-Dabinin vəliəhd şahzadəsi özünün "Twitter" mikrobloqunda yazıb. O qeyd edib ki, BƏƏ-də sülhün, dözümlülüyün və tolerantlığın simvolu olan Papa Fransiskin tarixi səfərini səbirsizliklə gözləyirlər. Şahzadənin fikrincə, bu səfər xalqların sülh şəraitində dinc yaşaması səyləri üzrə dialoqa şərait yaradacaq.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum da özünün "Twitter" hesabındakı səhifəsində Roma Katolik Kilsəsi başçısının ölkəyə səfəri xəbərini məmnunluqla qarşıladığını yazıb. O qeyd edib ki, bu səfər ikitərəfli əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmlədəcək, konfessiyalararası dialoqu gücləndirəcək, xalqlar arasında sülhün dəstəklənməsinə və möhkəmlənməsinə kömək edəcək.