Tamaşaçı: "Bədii gimnastika zərif idman növüdür"


Digərləri 06 Dek 2018 20:34:00 283 0

Tamaşaçı: "Bədii gimnastika zərif idman növüdür"

Bədii gimnastika çox gözəl və zərif idman növüdür.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin tamaşaçısı Səbinə Əliyeva deyib.

O, bu idman növünü çox sevdiyini deyib: "Mənim qızım da bədii gimnastika ilə məşğul olur və bu gün bu yarışlarda iştirak edir. Uşaqlarımız üçün Milli Gimnastika Arenasında bütün şərait yaradılıb, yarışlar isə yüksək səviyyədə təşkil olunub".

S.Əliyeva əlavə edib ki, ölkədə gimnastika yüksək sürətlə inkişaf edir.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.