“Qadının tələbatlarını kim ödəməlidir?” Məşhurlardan saçı qırxılan gəlinin


Digərləri 06 Dek 2018 20:00:00 350 0

“Qadının tələbatlarını kim ödəməlidir?”  Məşhurlardan saçı qırxılan gəlinin

Neçə gündür əri tərəfindən saçı qırxılan, döyülüb işgəncə verilən qadınla bağlı müxtəlif fikirlər deyilir, müzakirələr aparılır.

Son.az xəbər verir ki, hadisə ilə bağlı Teleqraf.com cəmiyyətdə müəyyən mövqeyi olan qadınların rəyini öyrənib.

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hadisənin təfərrüatından xəbərsiz olduğunu deyib: "Nə baş verdiyini detallarına qədər bilmirəm, bəlkə hansı səviyyədəsə qadın da günahkardır, amma ibtidai icma quruluşuna aid üsulu bu günə tətbiq eləmək cahillikdir. İkincisi, o qadın həmin kişinin övladının anasıdır, bu hərəkəti ona necə yaraşdırır?

Ümumiyyətlə, qadına qarşı zorakılıq, qadına əl qaldırmaq, ona şiddət göstərmək qarşı tərəfin cahilliyindən xəbər verir. Kişilik meyarı bu deyil".

Zorakılıq faktını böyük narazılıqla qarşılayan Tənzilə Rüstəmxanlının fikrincə, mənsub olduğumuz cəmiyyətin böyük qismi oxumalı, maariflənməlidir, oxumayan toplum gerilik bataqlığında qalır: "Bu səbəbdən belə hadisələr yaşanır. Soruşan gərəkdir, bu nə davranışdır, kim sənə icazə verib qadını bu vəziyyətə salıb sosial mediada yayımlayırsan?

Cəmiyyətimiz buna qınaqla yanaşmalıdır. Bu tendensiya ənənə halına gələ bilər. Belə halların qarşısı alınmalı və onu törədən adam haqqında hüquqi çərçivədə ölçü götürülməlidir".

Jurnalist Jalə Mütəllimovanın fikrincə, heç bir halda qadınla əl-qolla danışmaq, zorakılıq göstərmək olmaz: "İstər qadın, istər kişi olsun, fiziki güc tətbiqi onu edənin özünün psixoloji vəziyyətindən xəbər verir.

Qadını döyəsən, bədəninə dağ basasan, saçlarını qırxasan - buna necə normal yanaşmaq olar? Birincisi, qadının üzünü, ikincisi, bədənini tirajlayırlar. Bu, qadına qarşı ən alçaldıcı hərəkətdir. Bunu təkcə problem yaşayan ailələr yox, gənclər də, internetə çıxışı olan uşaqlar da görür. İnsanın ruhu ilə, beyni ilə bu dərəcədə sərt oynamağa ehtiyac yoxdur.

Arvad Azərbaycanda qalıb, kişi özü Rusiyaya işləməyə gedib. Bu nə dərəcədə düzdür? Bəs qadının duyğuları, həyatı yoxdurmu? Onun geyim, yemək tələbatını kim ödəməlidir? Özünə ər deyən adam vəzifələrini düşünər, sonra gedər hansısa qadını alçaldaraq təqibə məruz qoyar...

Həyat yoldaşınla anlaşa bilmirsənsə, sivil variant var, get boşan. Əgər qadın ərinə xəyanət edibsə, mütləq onun səbəbləri var. Mənim həmişə bir fikrim olub, əqidəli və əxlaqlı kişilərin xəyanətkar və pozğun qadınları olmur".