"Vəziyyətə nəzarət edə bilmir". Erməni siyasətçi Paşinyan və


Dünya 06 Dek 2018 19:48:00 230 0

"Vəziyyətə nəzarət edə bilmir". Erməni siyasətçi Paşinyan və

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə müsahibəsində bildirib ki, ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü və ardıcıl şəkildə pozur və Dağlıq Qarabağ münaqişəsini həll etmək gücünə malik deyil.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, siyasətçinin sözlərinə görə, Paşinyanın bir yox, iki "Axilles dabanı" var. Bunlar, xarici siyasət və Qarabağ problemidir.

Aşotyan əlavə edib ki, onun partiyası iqtidarda olarkən Rusiya-Ermənistan əlaqələrinin möhkəmlənməsi istiqamətində çox işlər görüb, ölkəyə rus sahibkarların sərmayələrini cəlb edib, Moskva ilə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edib. Lakin Paşinyan təqsirsizlik prezumpsiyasını pozaraq Rusiyanın Ermənistandakı törəmə şirkətlərini, xüsusən "Qazprom Armeniya" və "YKJD" firmalarını təqib etdirir, ölkəyə xarici sərmayələrin cəlb olunmasının qarşısını alır.