PKK terrorçularının iç üzü: “Üzvlərin sayını artırmaq üçün qadınları zorlayıb doğuzdururlar”


Dünya 06 Dek 2018 19:20:00 307 0

PKK terrorçularının iç üzü: “Üzvlərin sayını artırmaq üçün qadınları zorlayıb doğuzdururlar”

PKK terror qruplaşmasına türk ordusunun vurduğu zərbələr nəticəsində qruplaşmaya üzv olmağa can atanların sayı çox azalıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, qadın terrorçular terrorçu sayının artırılması üçün özlərinin doğuşa məcbur edildiklərini etiraf ediblər.

Qadın terrorçular bildirirlər ki, kişi üzvlər uşaq doğurmaq üçün qadınları zorlayırlar. Doğulan uşaqlar düşərgələrdə böyüyür. "Türkiyə" qəzetinin xəbərinə əsasən, 20 noyabr tarixində təslim olan terrorçu qadın ifadəsində həqiqətlərdən danışıb.