Məşqçi: Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm


Digərləri 06 Dek 2018 17:21:15 245 0

Məşqçi: Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm

Gəncə-Naftalan sağlamlıq mərkəzinin məşqçisi Larisa Aulina il ərzində keçirilən tədbirlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib

Bakı. Cani Babayeva - Gəncə-Naftalan sağlamlıq mərkəzinin məşqçisi Larisa Aulina il ərzində keçirilən tədbirlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib. Bunu məşqçi özü Trend-ə bildirib. O deyib: “Mən il ərzində keçirilən tədbirlərə - yarışlar, ustad dərsləri, seminarlara görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm. Bu, bizim ustalığımızın artması və gimnastlara dəstək üçün böyük əhəmiyyət daşıyır. Keçirilən yarışlar isə uşaqlarda böyük həvəs yaradır”.