Ekspert: "Nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın terrorçuluqla mübarizədə apardığı işlərə böyük önəm verir"


Digərləri 06 Dek 2018 16:40:00 288 0

Ekspert: "Nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın terrorçuluqla mübarizədə apardığı işlərə böyük önəm verir"

"Azərbaycan bütün beynəlxalq təşkilatlar qarşısında öhdəliyini yerinə yetirən qabaqcıl ölkələr sırasında yer alıb. Xüsusilə terrorçuluğa qarşı mübarizədə daim öz fəallığı ilə seçilib və bu bir faktdır ki, Azərbaycanın özü terrordan əziyyət çəkən ölkədir və beynəlxalq terrorizmə qarşı mübarizədə bütün əməkdaşlıqlarda yer alıb, terrorla mübarizə təşkilatları ilə həmrəylini, əməkdaşlığını artıq uzun illərdir ki, uğurla davam etdirir".

Son.az xəbər verir ki, bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Avropa Şurasının MONEYVAL Komitəsinin ölkəmizin terrorçuluqla mübarizədə əldə etdiyi uğurlarını sübut edən qiymətləndirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əbəs deyil ki, Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və apardığı mübarizənin müsbət nəticələr əldə etdiyini təsdiqləyib:

"Bu faktın özü həm də belə deməyə kifayət qədər zəmin yaradır ki, artıq aparıcı dünya dövlətləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın istər terrorçuluqla mübarizədə, istərsə də digər məsələlərdə apardığı işlərə böyük dəyər və önəm verməkdədirlər. Eyni zamanda, daha bir faktı xatırlatmaq istərdim ki, bu günlərdə Dünya İqtisadiyyatı İnstitunun "Qlobal Terrorçuluq İndeksi" hesabatında Azərbaycan reytinq cədvəlində 98-ci yeri tutmaqla, regionda lider ölkə kimi qeydə alınıb. Bu reytinq cədvəlində terror təhlükəsi olan ölkələr ilk sıralarda, terror təhlükəsi olmayan ölkələr isə daha aşağı sıralarda yer alıblar".