Azərbaycanın ilk rəsmi Ünvan Portalı işə düşdü (FOTO)


Digərləri 06 Dek 2018 15:21:50 444 0

Azərbaycanın ilk rəsmi Ünvan Portalı işə düşdü (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın ilk rəsmi Ünvan Portalını (www.unvanportali.az) işə salıb.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın ilk rəsmi Ünvan Portalını (www.unvanportali.az) işə salıb. Komitədən Trend-ə verilən məlumata görə, təqdimat dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı ilə baş tutub. Komitənin aparat rəhbəri Azər Bəşirov bildirib ki, ölkədə müasir Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) qurulub. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübələri nəzərdən keçirilib, ən optimal varianta əsasən yeni yanaşmalar tətbiq edilib. Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası”ndan istifadə olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışına sərf olunan vaxtı minimuma endirir.