Bakı Ali Neft Məktəbinin tələbələri İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar


Digərləri 06 Dek 2018 14:48:55 236 0

Bakı Ali Neft Məktəbinin tələbələri İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycan üzrə qalibi olan və ölkəmizi Edinburqdakı Final yarışmasında da təmsil edən tələbələri öz layihələrilə yenidən qalib olublar.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycan üzrə qalibi olan və ölkəmizi Edinburqdakı Final yarışmasında da təmsil edən tələbələri öz layihələrilə yenidən qalib olublar. Belə ki, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil edilən İkinci Respublika İnnovasiya Müsabiqəsində tələbələr özlərinin “ThermoNorth” adlı startup layihələrilə birinci yerə layiq görülüblər. Müsabiqənin əsas məqsədi BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi olub. İlkin mərhələdə müsabiqədə ölkə üzrə olan gənc tədqiqatçıların 220 qabaqcıl ideyası – layihəsi təqdim olunub. Onlar arasından Final mərhələsinə cəmi 17 layihə seçilib.