Sevgilisinin telefonunun kilidini açan oğlan həbs olunur FOTO


Dünya 06 Dek 2018 14:09:00 313 0

Sevgilisinin telefonunun kilidini açan oğlan həbs olunur  FOTO

Sevgilisi yuxudaykən onun barmağını telefona toxunduraraq kilidi açan oğlan saxlanılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Mançester şəhərində yaşayan Alexander Heavens adlı oğlan sevgilisinin barmaq izindən istifadə edərək onun "iPhone"undakı kontaktlara baxıb və mesajları oxuyub.

O, məhkəmədə sevgilisinin xəyanətindən şübhələnərək belə etdiyini boynuna alıb.

Lakin Aleksandrın saxlanılmasına səbəb onun gizli şəkildə telefonun kilidini açması deyil, telefondakı kontaktları gördükdən sonra sevgilisinə zor tətbiq etməsidir.


Xəbərə aid fotolar