Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi start götürüb (FOTO)


Digərləri 06 Dek 2018 12:40:00 302 0

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi start götürüb (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubokun birinci günü başlayıb

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubokun birinci günü başlayıb. Trend-in məlumatına görə, yarışların birinci günündə "balacalar" yaş qrupunda gimnastlar alətsiz, halqa və iplə, eləcə də "yeniyetmələr" yaş qrupunda gimnastlar lentlə qrup hərəkətlərində çıxış edəcək. Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.