Ərlə arvad yolda ölümdən qurtuldular VİDEO FOTO


Digərləri 06 Dek 2018 12:21:00 279 0

Ərlə arvad yolda ölümdən qurtuldular  VİDEO  FOTO

Qorxmamışdım, özümü itirmədim. Onlardan qurtulmağa çalışdım.

Əslən ABŞ-ın Yuta ştatındakı Sidar Sitidən olan, hazırda Keniyanın paytaxtı Nayrobidə yaşayan Brayant Svensson belə deyir. O, xanımı Lorenlə birlikdə ölümdən qurtulub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Brayant və Loren Svenssonlar Keniyanın Maa Maişu bölgəsində yolda olarkən quldurların hücumuna məruz qalıblar.

Meşəliyin içi ilə qıvrılan yolun döngələrindən birində Brayant ağ mikroavtobusu və onun ətrafında duran, əllərində maçetelər olan üç nəfəri görür.

Mikroavtobus həmin adamların yanından irəli hərəkət edəndə quldurlar Brayantın idarə etdiyi "Toyota Land Cruiser"i görür, maşına tərəf qaçmağa başlayırlar.


Xəbərə aid fotolar