Baş prokuror Xızıda vətəndaşların qəbulunu keçirəcək


Digərləri 06 Dek 2018 09:57:00 246 0

Baş prokuror Xızıda vətəndaşların qəbulunu keçirəcək

Baş prokuror Zakir Qaralov cari il dekabrın 15-də saat 10:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il dekabrın 15-də saat 10:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcəkdir. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.