Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir


Digərləri 06 Dek 2018 08:42:00 217 0

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam  edir

Görkəmli tarzən və bəstəkar, xalq artisti Hacı Xanməmmədovun yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert görkəmli tarzən və bəstəkar, xalq artisti Hacı Xanməmmədovun yaradıcılığına həsr olunmuşdu. Tədbir Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi. Konsertdə bəstəkarın mahnıları səsləndi. Xalq artistləri - Teyyub Aslanov - “Salam verdim bir gözələ”, Gülyanaq Məmmədova - “Güllü”, Gülyaz Məmmədova - “Yaşa könül”, əməkdar artistlər - Bəyimxanım Nəbiyeva - “Aldatmayaq bir-birimizi”, Zakir Əliyev - “Gözünə qurban”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Zabitə Alıyeva - “Yenə o bağ olaydı”, Sərxan Bünyadzadə - “Getmə dayan”, Kamilə Nəbiyeva - “Qurban olduğum” mahnılarını ifa etdilər. Konsertin son nömrəsi-“Getmə amandır” mahnısı Gülyaz və Gülyanaq Məmmədovalar və Sərxan Bünyadzadənin ifasında səsləndi. İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi. Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.