"Falcon 9" geri qayıdan zaman qəzaya uğrayıb VİDEO FOTO


Dünya 06 Dek 2018 08:20:00 256 0

"Falcon 9" geri qayıdan zaman qəzaya uğrayıb  VİDEO  FOTO

Amerikanın Florida ştatında yerləşən kosmodromdan "Dragon" kosmik yük gəmisini daşıyan "Falcon 9" raket daşıyıcısı fəzaya buraxılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "SpaceX" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Dragon" yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) 2,6 ton yük çatdırmalıdır.

"SpaceX" şirkətinin məlumatına görə, "Falcon 9" raket daşıyıcısı "Dragon" yük gəmisini BKS-ə buraxdıqdan sonra Florida kosmadromuna geri qayıdan zaman Atlantik okeanına düşüb.


Xəbərə aid fotolar