Səhərlər niyə yorğun oyanırıq?


Digərləri 05 Dek 2018 23:07:00 263 0

Səhərlər niyə yorğun oyanırıq?

Gecə boyunca 7-9 saat yatmaq səhər tezdən gümrah və enerji dolu oyanmaq üçün kifayət edir. Bəzi yuxucullara isə bir fincan isti qəhvə və isti duş sayəsində yuxudan tam ayılmaq üçün kifayət edir.  

Əgər siz gecə boyu yatmağınıza baxmayaraq səhər yuxudan oyandıqda özünüzü pis hiss edirsinizsə o zaman nə isə qaydasında deyil. 

Son.az medicina.az-a istinadən səhərlər yorğun oyanmağımızın 5 səbəbini açıqlayır: 

1) Keyfiyyətsiz yuxu - əgər siz sutka ərzində 7 saatdan az yatırsınızsa o zaman, sizin orqanziminiz və beyniniz tam istirahət edə bilmir. Belə olduqda yuxudan əzgin və halsız oyanaraq gün boyu yuxulu olursunuz. Bunu aradan qaldırmaq üçün hər gecə hətta istirahət günləri də eyni saatda yatmağa vərdiş edin. 

2) Yetərli qidalanmama/ vitamin çatışmazlığı

Hətta düzgün qidalanma sizin gün boyunca yetərli vitamin və minerallarla təmin olunacağınız demək deyil. Yuxudan yorğun oyanmağın əsas səbəblərindən biri də budur. Çalışın ki, balanslaşdırılmış qidalanasınız. Qidanıza müxtəlif vitaminlər, həmçinin kalsium, maqnezium, sink kimi baş beynin işini tənzimləyən minerallar əlavə edin. 

3) Xroniki stress. İş prosesi insanların həyatında əsas stres mənbəyi hesab olunur. Boş vaxtın az olması, aşağı əmək haqqı, çox işləmək vəziyyəti daha gərginləşdirir. Gününüzü qaydaya salmağa çalışın. Özünüzə vaxt ayırın. Həyatınızda olan stresi azaltmaq üçün mümkün olan hər şeyi edin.