Qadınlar və kişilər niyə xəyanət edir? RƏY


Digərləri 05 Dek 2018 22:29:00 328 0

Qadınlar və kişilər niyə xəyanət edir?  RƏY

Xəyanət bütün zamanların aktual problemidir. İstənilən yaş dövründə, bəzən səbəbi anlaşılmaz olan xəyanət faktlarına rast gəlinir.

Görəsən, həqiqətən, xəyanətin səbəbləri nələrdir?

Son.az bildirir ki, psixoloq Gülnar Orucova oxu.az-a müsahibəsində xəyanət faktlarını aydınlaşdırıb:

"Azərbaycanda "Kişilər xəyanət edə bilər, qadınlar yox" deyə fikir formalaşıb. Amma nəzərə alaq ki, bu, heç yerdə yazılmayıb. Hər ikisi canlı varlıq olduğu üçün sevgiyə, qayğıya ehtiyacları var. Bunlardan biri çatışmasa, xəyanət ortaya çıxa bilir".

O, hər iki tərəfin xəyanət səbəblərindən danışıb:

"Kişilər evlilikdən üç gün sonra, qadınlar evlilikdən 7-9 il sonra xəyanət edə bilir.

Qadınlar niyə xəyanət edir?

Daha çox romantik qadınlar xəyanət etməyə meyilli olurlar, onlar həmişə "ağ atlı şahzadə"lərini axtarırlar. Xəyallarındakı sevgi ilə yaşadıqları, ailə qurduqları insanı müqayisə edəndə narazı olduqlarını görürlər. Ailədə təcavüzkarlıq, dava-dalaş, ailə-məişət söz-söhbətləri ilə çox rastlaşan qadınlar da xəyanət edə bilirlər. Qadın daima nəvaziş görmək istəyir. Ailədə sevgi olmadığı üçün xəyanət halları yaşanır.

Kişilər niyə xəyanət edir?

Qadınlar kişiləri daim nəzarətdə saxlamaqla özlərindən uzaqlaşdırırlar. Kişilər özlərini daha güclü varlıq hesab etdikləri və ani qərar verdikləri üçün daha tez xəyanət etməyə meyillidirlər. Kişilərin xəyanət etmə səbəbləri macəra axtarmaları, evdə həyat yoldaşlarından diqqət, qayğı görməmələri, qadınların özlərinə baxmamaları, cəmiyyət içində həyat yoldaşları tərəfindən iradla qarşılaşmalarıdır. Bu iradlar nifrət yaradır. Nifrət yaranan yerdə mütləq xəyanət olacaq.

Qadın inamsızlığı kişiləri xəyanətə aparan yoldur. Heç olmayacaq nələrisə səbəb kimi göstərmələri nəticəsində kişi görür ki, həqiqətə uyğun olmayan sözlər danışılır və xəyanət onun üstünə qoyulur, kişi də bundan sonra xəyanət edir".