“Fənərbaxça” açıqladı: Baş məşqçi o olacaq


Digərləri 05 Dek 2018 20:54:00 288 0

“Fənərbaxça” açıqladı: Baş məşqçi o olacaq

"Fənərbaxça"da baş məşqçi Ervin Kumanın gələcək taleyi bəlli olub.

Son.az komanda.az-a istinadən xəbər verir ki, "bülbüllər"in idman direktoru Damien Komolli Türkiyə mətbuatına açıqlamasında, Ervin Kumanla yollarına davam edəcəklərini deyib:

"Azarkeşlər göstərdikləri reaksiyada haqlıdırlar. Biz çalışaraq, yenidən qələbə seriyamıza davam edəcəyik. Azarkeşləri sevindirmək üçün mütləq qələbələr lazımdır. Kumanla yolumuza davam edirik. Transferlər üzərində işlər görülür".