Səhiyyə naziri yeni komissiyanın yaradılması barədə əmr verdi


Digərləri 05 Dek 2018 16:04:00 215 0

Səhiyyə naziri yeni komissiyanın yaradılması barədə əmr verdi

Səhiyyə naziri Oqtay Şirəliyev Nazirlik yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının yaradılmasına dair əmr imzalayıb.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının yaradılmasına dair əmr imzalayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, əmrdə Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə komissiyanın tərkibi təsdiqlənib.