Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri nazir Sahil Babayevlə görüşüb (FOTO)


Digərləri 05 Dek 2018 15:55:00 225 0

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri nazir Sahil Babayevlə görüşüb (FOTO)

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib.

Bakı. Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib. Cari tədbir hal-hazırda əmək bazarında davam etdirilən islahatlar mövzusuna həsr olunub və tədbirin fəxri qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olub. Tədbir AHK Azərbaycanın İcraçı Direktoru Tobias Baumannın salamlama nitqi ilə açılıb və KPMG Azərbaycan Limited şirkətinin vergi məsələləri üzrə direktoru Rizvan Qubiyevin “Qeyri-rəsmi məşğulluq ilə mübarizənin vergi siyasəti yolu ilə tənzimlənməsində beynəlxalq təcrübə” adlı təqdimatı ilə davam edib.