2018 Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışlarından biri seçilib


Digərləri 05 Dek 2018 15:34:00 246 0

2018 Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışlarından biri seçilib

83 milyon izləyici kütləsi ilə 2018 Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışlarından biri seçilib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışlardan üstün olub. Azərbaycan Qran Prisini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib. Formula 1 yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən izləyicilərin 76%-i Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70%) yuxarı olmaqla Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından irəlidə yalnız Böyük Britaniya (90%), Avstriya (85%), Braziliya (81%) və Meksikadır (79%).