Nazir: "Xaricdə elmi fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan alimləri var"


Digərləri 05 Dek 2018 14:48:26 255 0

Nazir: "Xaricdə elmi fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan alimləri var"

Ötən illər ərzində Azərbaycan alimlərinin impakt faktorlu xarici jurnallarda dərc etdirdiyi məqalələrin sayı artıb. Ancaq hesab edirik ki, növbəti illərdə biz yalnız kəmiyyətə deyil, keyfiyyət göstəricilərinə də diqqət yetirməliyik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, dərc edilən məqalələrin sayı deyil, onlara istinad edilən indekslərin təhlili, Azərbaycan alimlərinin xarici ölkələrin alimləri ilə birgə fəaliyyətinin nəticələrinin əldə edilməsi vacibdir.

Nazir qeyd edib ki, dünya səviyyəsində elmi fəaliyyətin real iqtisadıyyatın tələblərinə uyğun olaraq həyata keçirilməsi təhsil müəssisələrini innovasiya istehsalçıları və ixracatçılarına çevirib. İnnovasiyaların səmərəli istifadəsi, yüksək səviyyəli mütəxəssislərin hazırlanması təkmilləşdirilməni zəruri edir: