Orxan Məmmədov: Azərbaycanda KOB subyektlərinə sərgilərdə iştirak etmək daha asan olacaq


Digərləri 05 Dek 2018 14:22:53 203 0

Orxan Məmmədov: Azərbaycanda KOB subyektlərinə sərgilərdə iştirak etmək daha asan olacaq

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “İteca Caspian” şirkəti tərəfindən təşkil olunan bütün sərgilərdə iştirak etmək hüququ qazanıb

Bakı. Taleh Mursaqulov - Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “İteca Caspian” şirkəti tərəfindən təşkil olunan bütün sərgilərdə iştirak etmək hüququ qazanıb. Trend-in məlumatına görə, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq KOBİA “İteca Caspian” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb: “Agentlik sərgilərdə iştirakda maraqlı olan kiçik və orta müəssisələrə müvafiq kömək və dəstək göstərəcək”.