iPhone sayəsində cinayətin üstü açıldı FOTO


Dünya 05 Dek 2018 13:35:00 195 0

iPhone sayəsində cinayətin üstü açıldı  FOTO

iPhone sayəsində cinayətin üstü açılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, iPhone-dakı sağlamlıq proqramının köməkliyi ilə arvadını öldürən şəxsin qatil olduğu sübut olunub.

Əczaçı işləyən Mitesh Patelin həyat yoldaşını öldürdüyü gün addım sayı və telefonun haralarda olduğunu izləyən telefon proqramı sayəsində cinayətinin üstü açılıb.

Britaniyada ilk dəfə olaraq bu üsuldan yararlanaraq, Miteshin telefonu götürülüb və bu proqrama düşən informasiyadan istintaq prosesində istifadə olunub.

Belə ki, həm addımları, həm də pilləkən çıxan zaman pillələri sayan proqram sayəsində Miteshin həyat yoldaşını boğduğu dəqiqləşib.


Xəbərə aid fotolar